Azərbaycanlı futbolçu Aml Yunanov karyerasını Albaniyada davam etdirəcək.
Presssport.az xəbər verir ki, 31 yaşlı hücumçu bu ölkənin Super Liqa təmsilçisi “Byulis”lə anlaşıb. Müqavilənin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Byulis" 5 turdan sonra 5 xalla 10 komanda arasında 8-ci yerdə qərarlaşıb.
Yunanov karyerası ərzində yaınız Vətənində - “Qəbələ”,”Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail”, “Kəpəz”də çıxış edib.
Xatırladaq ki, Albaniya Super Liqasında digər futbolçumuz olan müdafiəçi Zamiq Əliyev bu yay “Eqnatiya”ya keçib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC