Gürcüstan milli komandasının və "İnter"in (hazırkı “Şamaxı”) sabiq müdafiəçisi Laşa Salukvadze Kurban Berdıyevin Azərbaycan milli komandasına baş məşqçi təyin olunmaq ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Presssport.az xəbər verir ki, Rusiya mətbuatına danışan veteran futbolçu 2005-10-cu illərdə "Rubin"də birlikdə çalışdığı Berdıyev barədə bunları söyləyib:
"Azərbaycan millisi üçün yaxşı namizəddir. Hamı bilir ki, Berdıyev yaxşı məşqçidir. O, təkcə Azərbaycan millisinə deyil, bütün yığma komandalara kömək edə bilər. Onun təyinatı Azərbaycan millisinin xeyrinə olacaq".
42 yaşlı Salukvadze 2013-cü ildə “İnter”ə keçmiş və üç il Azərbaycanda legioner həyatı yaşamışdı.O, 2004-15-ci illərdə millisinin şərəfini qoruyub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC