"Harts"ın baş məşqçisini Azərbaycana səfər qayğılandırır: "Bu səyahət çox çətindi"

Şotlandiyanın “Harts” klubunun baş məşqçisi Stiven Neysmit Konfrans Liqasının əsas mərhələsindəki rəqiblərdən danışıb. 

Presssport.az xəbər verir ki, Belarus “Dinamo” klubu (Minsk) ilə Sumqayıtda keçiriləcək oyuna da toxunan şotlandiyalı mütəxəssis ölkəmizdə baş tutacaq qarşılaşma haqda belə danışıb:

"Qarşılaşacağımız bir çox komandaları izləmişəm. Onların əksəriyyəti oxşar üsluba malikdi. Ən çətin hissə, yəqin ki, turnirin başlanğıcında olacaq. Çünki 3 gün ərzində Azərbaycana və Aberdinə gedib-gəlmək olacağıq. Bu səyahət çox çətindi”.

Xatırladaq ki, Belarus çempionu Konfrans Liqasının cari mövsümün bütün ev oyunlarını Sumqayıtda keçirəcək. "Dinamo" ilə "Harts"ın Mehdi Hüseynzadə adına stadionda keçiriləcək görüşü oktyabrın 3-də saat 20:45-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC