"Kəpəz" azarkeşləri klub rəhbərliyini istefaya səsləyib: "Rədd olun gedin"

Misli Premyer Liqasının VII turunun açılış matçında çərçivəsində "Kəpəz" "Şamaxı" ilə qarşılaşır.

Presssport.az Tovuza ezam olunmuş xəbər verir ki, Gəncədən gələn azarkeşləri 0:2 məğlub durumda olan komandadan narazılığını açıq şəkildə bəyan edib.

Belə ki, onlar oyunun gedişində "Kəpəz" rəhbərliyini - konkret İdarə Heyətinin sədri İlüar Nadirini istefaya səsləyib. Onlar həm rəhbərliyə, həm də futbolçulara “rədd olun gedin” ismarıcını da göndərib.

Bu yerdə bildirək ki, “Kəpəz” fanatları ötən tur "Araz-Naxçıvan"la oyunda da futbolçulardan narazılıq etmişdi.

Xatırladaq ki, gəncəlilər 6 turdan sonra xalsız sonuncu pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC