Qismət Alıyev "Zirə"nin hədəflərini açıqlayır, sabiq baş məşqçisi Qriqorçuka inanır: "O, "Neftçi"ni bu vəziyyətdən çıxara biləcək, bizim vaxtda "Qəbələ"də də belə olmuşdu"

“Bilirdik ki, ”Neftçi" bu çempionatda qələbə qazana bilmir və onunla oyuna çox istəkli hazırlaşmışdıq. Biz də 2 matç idi uduzurduq. Komandaya tapşırıq da vardı ki, rəqibi ilk dəqiqələrdən qabaqda qarşılayaq. Bu da ilk saniyələrdəcə qolla bəhrəsini verdi. Düşünürəm ki, sonradan da təhlükəli hücumlarımız oldu, sadəcə, fərqlənə bilmədik. İkinci hissəyə də yaxşı başlaya bildik və daha 1 qol vura bildik. Vacib qələbə qazandığımızı düşünürəm".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev deyib. 

Misli Pemyer Liqasının son turunda “Neftçi”ylə evdə 2:0 hesabıyla qalib gəldikləri matç haqda danışan təcrübəli sağ cinah müdafiəçisi ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukla oyundan əvvəl görüşdüyü diqqətə çatdırıb: “Mənə uğurlar arzuladı. O, karyeramda danılmaz rolu olan baş məşqçidi. Premyer Liqada ilk addımlarımı atanda Qriqorçukun doğrudan da üzərimdə əməyi böyük oldu. Çox sağ olsun. Azərbaycana yenidən gəlib, ona qarşıdakı oyunda yalnız uğurlar arzulayram. Fikrimcə, Qriqorçuka ”Neftçi"ylə uğurlu çıxış üçün bir az vaxt lazım olacaq. “Qəbələ”də oynadığım vaxtda da belə bir period oldu ki, o, gələndə 5 oyun qələbə qazanmamışdıq. Həqiqətən çox təcrübəli məşqçidi və "Neftçi"ni bu vəziyyətdən  çıxara biləcək". 

Alıyev ardıcıl 2 məğlubiyyətdən sonra toparlanmağı bacardıqlarını vurğulayıb: “2 oyun uduzsaq belə, milli fasiləsi yerinə düşdü. Komandada bir az yorğunluq də vardı ki, bu da avrokubok matçlarına görə idi. Bir az istirahət elədi komanda və ən azından məşqlərdə buraxdığımız səhvlər üzərində işlədik. Fikrimcə, ”Neftçi" üzərində qələbənin qarşıdakı oyunlarda bizə faydası olasıdı".

Həmsöhbətimin fikrincə, “Zirə"nin yeni mövsümdə özünəinamının artmasında avrokuboklarda uğurlu çıxışını rolu böyükdü: “Bunun da təsiri var ki, ordakı oyunlar, ab-hava başqa cür olur. Avrokuboklar bizim üçün böyük təcrübə oldu. Düşünmürəm ki, hazırkı çempinatda da hansısa komanda rahatlıqla qələbə qazana bilər. Adi "Şamaxı”yla görüşdə məğlub olduq. Bu komanda qələbələri sıralayır. Fikrincə, builki çempionat keçən mövsümkündən fərqli olacaq. Fikrimizi qarşıdakı oyunlara yönəldəcəyik".

Məlumdu ki, "Zirə" keçən mövsümün gümüş medalçısıdı. “Qarabağ”ın çempionluğa aşkar favorit olduğu bir yarışda “qartallar” yenə 2-ci yerə oynayacaq? Kapitanı dinləyək: “Bu dəqiqə çempionatın əvvəlidi və o haqda nəsə düşünmək də olmur. Ola bilər ki, Avroliqa başlamaq üzrə olduğundan ”Qarabağ"ın fikri orda olsun. Onlara istəksiz də deyə bilmərik. Sadəcə, qış fasiləsinədək əsas heyətlə çıxmaya bilərlər. Yəni, mövsümün ilk yarısında turnir cədvəlində vəziyyət tam başqa cür ola bilər. Bəlkə qış fasiləsindən sonra artıq tam başqa "Qarabağ" görə bilərik. Hədəfimiz yenə 2-ci yerə uğrunda mübariz aparıb Avroliqaya, eyni zamanda kubokun finalına çıxmaqdı. Bəli, artıq “Turan Tovuz” kimi ciddi rəqibimiz də var. Yeni baş məşqiləri gələndən sonra işlərini açıq-aydın görmək olur. Həqiqətən çox istəkli komandadı - həm çox qol epizoduna girirlər, həm də müdafiədə çox inamlı oynayırlar. Fikrimcə, qarşıdakı oyunlarda bu istəklə oynasaq, bizim üçün istədiyimiz nəticə alına bilər". 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC