"Araz-Naxçıvan"ın legioneri azərbaycanlı hakimləri bəyənir: "Ünvanlarına yalnız yaxşı sözlər deyə bilərəm"

“Kubok matçları həmişə çempionat oyunlarından fərqlənir. "Qəbələ"ylə döyüşkən bir qarşılaşma oldu. Rəqibi də bir az sıxıb qələbə qazana bilərdik. Amma nə varsa, odur. Artıq cavab matçını düşünərək ona köklənmək lazımdı. Hər şey yaxşı olacaq”. 

Bu fikirləri Presssport.az-a açıqlamasında “Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avram deyib.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”ylə ev matçında say üstünlüyünə malik olsalar da, qələbə qazana bilməmələrindən danışan təcrübəli qolkiper əsas səbəb kimi bunu göstərib: “Yəqin, bu, ilk növbədə əsəbiliklə bağlıdı. 2-ci qolu imkan daxilində tez vurmaq istəyirdik. Amma bəzən belə də olur ki, say üstünlüyünü hesabda xeyrinə əks etdirə bilmirsən. Qorxulu bir şey yoxdu. Bəli, rəqibin sonda əks-hücumlarda yaxşı qol imkanları oldu. Amma beynimizlə məğlubiyyət haqda fikirlər yox idi. Sadəcə, futbolda belə şey də olur ki, çox hücum edəndə, irəli altında müdafəyə elə də fikir vermirsən. Sonra hər şey qaydasına düşdü və müdafiəyə daha çox diqqət yetirdik. Hələ bu dueldə bir matç da var və yarımfinal şansımız qalır. Finala hələ çox var. Gərək hər oyunda ayrılıqda götürüb qələbə qazanmağa çalışmaq lazımdı. Bizim komanda hər matça qalib gəlmək üçün çıxır". 

Premyer Liqamızda qış fasilədən sonra hakimlik çox müzakirə olunur və böyük narazılıq var. Abram isə fərqli fikirdədi: “Azərbaycanda hakimlər çox savadlı insanlardı, işlərinin öhdəsindən çox yaxşı gəlirlər. Şəxsən mənim xoşuma gəlir. Elə bir ciddi səhvləri yoxdu. Hakimlər də insanlardı, bəzən səhv edə bilərlər. Lakin onlar da ümumilikdə yaxşı oyunlar keçirirlər. Bu üzdən ünvanlarına yalnız yaxşı sözlər deyə bilərəm. Moldovada hakimlik necədi? Burda söhbət hansı ölkədən getmir. Hər hansının futbolu fərqli baxışı var. Kimsə bir epizodu belə dəyərləndirə bilər, digəri başqa cür. Bu, hər ayrıca insandan asılıdı. Düşünmürəm kİ, bu, ölkəylə bağlı məsələdi. VAR-a gəlincə, öz komandanın xeyrinə qərar verirsə, deməli, futbola kömək edir. Əleyhindirsə, deməli, yox. Yəni, burda iki düşərgəyə bölünür”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC