Azərbaycan təmsilçiləri İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində çıxışlarını başa vurub.
Presssport.az xəbər verir ki, atletlərimizdən son olaraq Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb.
89 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı toplam 322 kq (142+180) nəticə ilə 11-ci yeri tutub.
Onu da bildirək ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC