Əfsanəvi fransalı futbolçu Zinədin Zidanın oğlu Enzo Zidan gələcəyi ilə bağlı qərar verib.
Presssport.az xəbər verir ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasını başa vurub.
Təcrübəli futbolçunun bu qərarı şəxsi həyatına daha çox vaxt ayırmaq istəməsi ilə bağlı verdiyi bildirilir. Onu da bildirək ki, Madrid "Real"ının yetirməsi olan Enzo karyerası ərzində "Alaves", "Lozanna-Sport", "Majadahonda", "Almeriya" və "Rodez"də çıxış edib. Fransalı ön xətt oyunçusunu son klubu İspaniya III Liqa təmsilçisi "Fuenlabrada" olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC