FİFA Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Fransa yığmasının qəsdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb.
Presssport.az xəbər verir ki, İran millisinə 1:4 hesabı ilə məğlub olan fransızlar 1/8 finala qrup 2-cisi kimi yüksəlib.
Halbuki, “xoruzlar” bu görüşdə qalib gələrək qrup lideri kimi 1/8 finala adlasaydı və bu mərhələni də keçsəydi, 1/4 finalda dünya reytinqində 1-ci olan Braziliya ilə qarşılaşmalı olacaqdı. Turnir iştirakçılarının iddialarına görə, onlar İrana bilərəkdən uduzub.
Onu da bildirək ki, Fransa mundialın 1/8 finalında Tailandla qarşılaşacaq. İranın rəqibi isə Mərakeş millisi olacaq. Asiya təmsilçisi bu görüşdə qalib gələrsə, Braziliya ilə üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC