Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Tottenhem" - "Qarabağ" görüşünü idarə edəcək fransalı hakim Villi Delajo azərbaycanlı futbolsevərlərə tanış simadı.
Presssport.az xəbər verir ki, 2023-cü ildə məhz hazırkı turnirin pley-off mərhələsində Finlandiyada yerli HİK-lə görüşünü idarə edən 32 yaşlı FİFA referisi ağdamlılar üçün uğurlu sayılan hakimlərdəndi
Belə ki, 2023-cü ilin avqustun 17-də Helsinsikdəki görüşün 16-cı dəqiqəsində HİK klubunun futbolçusu Kuassavi-Benissana ikinci sarıdan qırmızı vərəqə göstərən hakim, daha sonra ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə rəqib qapısına penalti təyin etmişdi.
Matç "Qarabağ"ın 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatmışdı.
Onu da bildirək ki, Delajo 2000-ci ildən FİFA, 2021-ci ildən VAR hakimidi. O, 2018-ci ildən Fransasa Liqa 1-də idarəçilik edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC