“Azərbaycandakı gənc futbolçulara nümunə olmaq üçün Avropa klublarına keçdim. İstəyirəm ki, ölkəmin bir çox futbolçuları xaricdə çıxış etsin”.
Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Almaniyanın "Nürnberq” klubunun futbolçusu Mahir Emreli deyib.
Klubun mətbuat xidmətinə danışan 27 yaşlı hücumçu legioner həyatı yaşamaqdan məmnun olduğunu söyləyib: "Daha əvvəl Xorvatiya, Türkiyə və Polşa komandalarında çıxış etmişəm. Azərbaycanı Avropa arenalarında layiqincə təmsil etmək arzusundayam. Üç il ərzində çıxış etdiyim ölkələrin xalqları və mədəniyyətləri ilə tanış olmuşam. Çox ünsiyyətcil biriyəm. Yeni insanlar və mədəniyyətlərlə tanış olmağı sevirəm".
Mahir Azərbaycanın tolerant ölkə olduğunu vurğulayıb: "Bizdə insanların dini etiqadına hörmətlə yanaşılır, heç bir dinə qarşı ayrı-seçkilik yoxdu. Ölkəmizdə bir sıra dini qurumlar, çoxsaylı məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir. Bu səbəbdən başqa ölkələrin mədəniyyətlərinə daha tez uyğunlaşa bilirəm. Azərbaycanlı olsam da, hazırda çıxış etdiyim Almaniyanın xüsusi günlərini və bayramlarını öz sosial şəbəkə hesabımda paylaşmağı düşünürəm".
Emreli "Qarabağ"ın heyətində çıxış edərkən UEFA Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdikləri oyunu unuda bilmədiyini söyləyib: "Londondakı “Stemford Bric” stadionunda "Çelsi"yə qarşı keçirdiyimiz oyun bizim üçün tarixi qarşılaşma idi. Düzdür, həmin matçda heç bir şansımız yox idi və böyük hesabla məğlub olmuşduq. Bu günə qədər heç vaxt unuda bilmədiyim üç stadion var - "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Roma"nın (İtaliya) arenaları. Həmin stadionlarda gördüyüm atmosfer heç vaxt yadımdan çıxmır".
Xatırladaq ki, Mahir II Bundesliqa komandasının heyətində ötən tur debüt edib. O, VI turda "Herta"ya qarşı keçirilən matçın 39-cu dəqiqəsində meydana daxil olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC