Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümün püşkü atılıb, ötən mövsümün ən yaxşı futbolçusu mükafatlandırılıb

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında 2024/25 mövsümünün püşkü atılıb.

Presssport.az xəbər verir ki,  püşkdən sonra I turda üz-üzə gələcək komandalar müəyyənləşib.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) baş katibi Orxan Hüseynov, turnirə qatılacaq komandaların nümayəndələri və azsaylə media nümayəndələri iştirak edib.

İlk olaraq AMF-in 2017-ci ildən bu vaxtadək gerçəkləşdirdiyi layihələr haqqında məlumat verilib.

Ardınca ötən mövsümün ən yaxşı futbolçusu açıqlanıb. Bu ada "Birbaşa Bakı"dan Elvin Əlizadə layiq görülüb.

Son olaraq turnirin reqlamenti barədə məlumat verilib. Çempionatda 13 tur oynanılacaq və ardınca pley-off, 1/4 final, yarımfinal və final matçları baş tutacaq.

Azərbaycan çempionatı

I tur

“Aznur” - “Çinar Zəngilan”

"Füzuli Altay” - “Zirə”

“Sumqayıt” - “Atəşgah Suraxanı”

“Star Bakı” - “Siyəzən”

“Şamaxı” - “Laçın”

"Birbaşa Bakı” - “Göyçə”

"Galaxy” - “Bakı 145”

Xatırladaq ki, oktyabrın 1-də start veriləcək turnirdə 14 komanda mübarizə aparacaq. Ötən mövsüm "Birbaşa Bakı" ölkə çempionu olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC