"Turan Tovuz"a uğurlar arzu edirəm, amma bizə qarşı oyunda yox" - Belajdi Pusi

Bu yay fasiləsində “Turan Tovuz”dan "Şamaxı"ya baş məşqçi Ayxan Abbasovla birgə gələn futbolçulardan biri də albaniyalı legioner Belajdi Pusi olub. Təcrübəli hücumçu Presssport.az-a müsahibəsində həm Tovuza son səfəri, həm də Tovuz təmsilçisiylə qarşıdakı matç haqda fikirlərini bölüşüb. 

  • - Tovuzdan qələbəylə dönmək sənin üçün nə dərəcədə motivasiyalıdı?
  • - Tovuza gələndə hər zaman özümü xoşbəxt hiss edirəm. Xoşbəxtəm ki, bu gəlişimdə də 3 xalı qazana bildik. 
  • - “Kəpəz” üzərində səfər qələbəsində (2:0) həlledici rol nə oynadı? 3 dəqiqəyə vurduğunuz 2 qol?
  • - Komanda olaraq yaxşıyıq. Ümid edirəm ki, bu keyfiyyətimizi göstərməkdə davam edəcəyik. Məşqçilər heyətimiz biz taktiki planda çox yaxşı hazırlaşdıraraq necə oynamalı olduğumuzu bildirmişdilər. Biz də buna uyğun olaraq meydanda sözümüzü dedik.
  • - Tovuza gəldiyində, özünü oyuna necə motivasiya edirdin? Necə bir ab-hava gözləyirdin? Yoxsa “Kəpəz”lə matçad o atmosfer yox idi?
  • - Normal hiss etdim. “Turan Tovuz” oynayanda hər şey fərqlidi, azarkeşlər də stadionda çox olur. Bu oyunda özümü çox yaxşı - 2-ci evimdəki kimi hiss etdim. 
  • - Artıq 11 xalınzı var. Premyer Liqada yerini qorumaq baxımından özünü artıq bir qədər rahat hiss edə bilərsiniz?
  • - Yox. Hazırda 11 xalımızın olmasına baxmayaraq, hələ irəlidə çox matçımız var. Rahatlaşmaq üçün uyğun vaxt deyil. 
  • - Tovuzdakı matçda ən yaxşılardan idin, lakin qol vura bilmədin. Buna üzülmədin, Ümumiyyətlə, şansssızlıqla bağlı idin, yoxsa…?
  • - Assist elədiyim üçün xoşbəxtəm. Ancaq əsas odur ki, komandam qələbə qazandı. Şanslar yaratdım, qapıya zərbələr vurdum. Amma futbol belədi - bəzən qol vura bilirsən, bəzən yox. Xoşbəxtəm ki. assistimlə komandamın Tovuzdan 3 xalla dönməsinə kömək etdim. 
  • - Qarşıdakı matç elə “Turan Tovuz”la olacaq. Belajdi Pusi üçün bu nə dərəcədə prinsipial duel olacaq? Belə bir güclü komandaya qol vurmağını nə dərəcədə real sayırsan? Rusiyalı qapıçıları çox güclüdü, ən azı qol buraxan qolkiperlərdən bu mövsüm…
  • - “Turan Tovuz”la oyuna da eyni dərəcədə hazırlaşacağıq. Onlara uğurlar arzu edirəm, amma bizə qarşı oyunda yox. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC