Qismətlə "674 dəqiqə"lik qismət, Muradovla murada çatmaq

“Zirə” Premyer Liqada 674 dəqiqəlik qolsuzluq seriyasına son qoyub.

Presssport.az-ın araşdırmasına görə, “qartallar” son dəfə XIII turda rəqib qapısına yol tapmışdı.

Maraqlıdı ki, bu dəfə olduğu kimi, onda da bu, “Qəbələ”ylə matçda reallaşmışdı. Həmin vaxt bu rəqiblə ev matçının 65-ci dəqiqəsidə “Zirə”nin kapitanı olan müdafiəçi Qismət Alıyev penaltini dəqiq yerinə yetirməklə, yetirməsi olduğu komanda üzərində qələbə qazandırmışdı.

İndisə yarımmüdafiəçi İlkin Muradov “Qəbələ”ylə səfər görüşünün 19-cu dəqiqəsində rəqib qapısına yol taparaq 84 günlük qol həsrətinə son qoyub.

Rəşad Sadıqovun komandasının bir həsrəti bitirdisə, dgəri hələ davam edir. Bu, hələ də qələbə qazana bilməməsidi ki, həmin uğursuz seriya artıq 8 matçdı. Qəbələdəki son görüş 161 hesabıyla yekunlaşıb. 

Onu da bildirək ki, bu qolsuzluq seriya cari çempionatın antirekordu idi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC