"Neftçi"nin legioneri Andre Şinyaşiki Braziliya, Azərbaycan və ABŞ futbolunun fərqindən danışıb.
Presssport.az xəbər verir ki, braziliyalı hücumçu belə izah verib: "Texniki baxımdan Braziliya və Azərbaycan futbolu ABŞ futbolundan üstündür. Orda daha çox fiziki futbola, çox təmas və sürətli tempə üstünlük verilir. Məsələn, Braziliyada oyunun taktiki hissəsi daha çox inkişaf edib".
Bu yerdə bildirək ki, Şinyaşiki “Neftçi”yə keçməmişdən əvvəl MLS-də “Kolorado” və “Şarlotta” klublarında oynayıb. 27 yaşlı futbolçunun “Neftçi” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC