Milliyə ilk dəfə dəvət olunan legionerimiz: "Xaricə yollanmağımın ən başlıca səbəblərindən biri bu idi"

Azərbaycan millisinə ilk dəfə dəvət edilən Zamiq Əliyev açıqlama verib.

Presssport.az xəbər verir ki, Albaniyada "Eqnatiya" klubunun formasını geyinən müdafiəçi milli komandaya cəlb olunduğu üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib: "Azərbaycan millisinə dəvət edildiyim üçün çox xoşbəxtəm. Sizə də əvvəl demişdim, xaricə yollanmağımın ən başlıca səbəblərindən biri Azərbaycan millisinə dəvət olunmaq idi. O da oldu. Amma təbii ki, dayanmaq fikrim yoxdur. Daim millidə olmaq üçün daha çox çalışacam. Etibar etdikləri üçün təşəkkür edirəm. Şadam ki, millidə olacam. Həqiqətən fəxr edirəm. Bu məni daha da çox motivasiya edir”.

Əliyev ona şans veriləcəyi təqdirdə, həm Estoniya, həm də Slovakiya ilə görüşlərdə oynamağa hazır oluğunu da deyib: "Qarşıdakı oyunlarda oynamaq? Bu baş məşqçinin seçimi və qərarı olacaq. Nə zaman şans verilərsə, hər zaman milli üçün oynamağa, son ana qədər mübarizə aparmağa hazıram" (sportal.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC