Dünyanın ən yaxşı məşqçilərinin növbəti siyahısı açıqlanıb.
Presssport.az xəbər verir ki, 500 mütəxəssisin olduğu cədvəldə Azərbaycanda çalışan 4 məşqçi də yer alıb.
Siyahıda olan yeganə həmyerlimiz Qurban Qurbanovdu. 1658 xala malik olan "Qarabağ"ın 52 yaşlı baş məşqçisi 140-cı pillədə yer alıb.
Azərbaycanda işləyən məşqçilər arasında ən yüksək reytinq "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyevə məxsusdur. Belə ki, hesabında 1790 xal olan 72 yaşlı rusiyalı mütəxəssis sıralamada 57-cidi.
Siyahıda millimizin baş məşqçisi Fernandu Santuş da yer alıb. 70 yaşlı portuqaliyalı mütəxəssis 1624 xalla sıralamada 183-cüdür.
“Neftçi”nin dünən istefaya göndərdiyi Roman Qriqorçuk dünyanın 414-cüsüdür. 59 yaşlı ukraynalı mütəxəssisin hesabında 1480 xal var.
Onu da bildirək ki, siyahıya “Mançester Siti”nin 2239 xala malik ispaniyal baş məşqçisi Xosep Qvardiola başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC