Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Asiya Çempionlar Liqasında (ÇL) "İstiqlal"la (İran) oyununun yeri dəyişdiriləcək.
Presssport.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçus Kriştiano Ronaldonun kapitanı olduğu ərəb klubu Yaxın Şərqdəki münaqişəyə görə İranın paytaxtı Tehrana getməkdən imtina edib.
Matçın oktyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Hindistanın “Mohun Baqan” klubu "Traktor"la Təbrizdə keçirilməli olan səfər matçına getmədiyi üçün ÇL-dən kənarlaşdırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC