Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi milli üzvləri ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyanın (AAF) rəhbərliyi beynəlxalq yarışlara hazırlaşan yığma komandaların üzvləri ilə görüş keçirib.

Presssport.az xəbər verir ki, "ASK Arena"da yerləşən təlim-məşq bazasında baş tutan tədbirdə qurumun vitse-prezidenti Firdovsi Umudov iştirak edib.

Umudov atletlərə Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı və Dünya Kuboku, həmçinin digər beynəlxalq yarışlarda uğurlar arzulayıb, onlara inamlarını ifadə edib. Vitse-prezident qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı nümayiş etdirilir, AAF da öz növbəsində bu idman siyasəti çərçivəsində atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, hər bir idmançını diqqət mərkəzində saxlayır.

Komanda üzvləri rəhbərliyə təşəkkür edib, bu görüşlərin onlar üçün əlavə motivasiya olduğunu, ruh yüksəkliyi verdiyini, yarışlar zamanı böyük dəstək olacağını bildiriblər.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC