Bu gün Azərbaycanın daha 4 cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Presssport.az xəbər verir ki, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaq.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan 6 cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
Xatırladaq ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC