"Milli Dəstə" millimizi boykot etdi: "Utancverici oyuna və hesaba etiraz əlaməti olaraq 80-ci dəqiqədə tribunanı tərk etdik"

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçını keçirildiyi Tallində Lilleküla stadionunda “Milli Dəstə” azarkeş dəstəsi də izləyib.
Presssport.az xəbər verir ki, adıçəkilən azarkeş dəstəsi qarşılaşmada sonadək arenada qalmadıqlarını “Facebook”dakı rəsmi səhifəsində açıqlayıb: “Millinin Estoniya ilə utancverici oyuna və hesaba etiraz əlaməti olaraq matçın 80-ci dəqiqəsində tribunanı tərk etdik”.

Bu yerdə bildirək ki, millimiz estonlara 1:3 hesabıyla uduzaraq hələ də qrupda xalsızdı.

Xatırladaq ki, “Milli Dəstə” Azərbaycanın birbaşa Avropada təsis edilən ilk azarkeş dəstəsidi, Azərbaycan milli komandasını, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC