Azərbaycan millisinin futbolçusu Toral Bayramov Estoniyaya 1:3-lük məğlubiyyətdən sonra Newsport.az-ın "Misli"nin dəstəyi ilə Tallinə ezam olunmuş əməkdaşına açıqlama verib.
Presssport.az xəbər verir ki, Bayramov bunları deyib: "Oyunla bağlı danışılası bir şey yoxdu. Əslində oyuna pis başlamamışdıq. Sadəcə, iki çox ucuz qol buraxdıq, oda gətirib bu yerə çıxartdı. Çalışacayıq etdiyimiz səhvlərdən nəticə çıxardıb növbəti oyunlara hazırlaşaq, qələbə qazanaq. Məğlubiyyətin konkret səbəbini deməkdə çətinlik çəkirəm. Nə bilim, qismət, bəxt. Biz istifadə edə bilmədik, onlar istifadə etdi. Növbəti rəqib Slovakiyanı tanıyırıq, həmin oyunda çalışacayıq ki, ən azından doğma azarkeşlərimiz önündə yaxşı nəticə qazanıb xalqımızı sevindirək".
Xatırladaq ki, Toral matçda millimizin yeganə qolunun müəllifi olaraq penaltidən topu qapıdan keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC