Türkiyəli mütəxəssis Oktay Dərəlioğlu Azərbaycandan təklif alıb.
Presssport.az xəbər verir ki, bu barədə özü açıqlama verərək Azərbaycanla yanaşı, Türkiyə və Makedoniya klublarından təklif aldığını deyib. Dərəlioğlunun sözlərinə görə, danışıqların son mərhələsidi və yaxın zamanda yeni iş yeri dəqiqləşəcək.
Oktayla maraqlanan klub “Neftçi”di. Roman Qriqorçukdan sonra baş məşqçi axtarışlarını davam etdirən “ağ-qaralar” 49 yaşıı mütəxəssislə danışıqlarını davam etdirir.
Son olaraq Makedoniyada “Qostivar” klubunda işləyən Dərəlioğlu bundan başqa Türkiyədə “Kahramanmaraş”, “Karagümrük”, “Tokatspor”, “Amed” kimi klublara rəhbərlik edib.
Oktay futbolçu karyerasında 2004/05 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”da forma geyinib və Premyer Liqamızın gümüş medalçısı olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC