UEFA Millətlər Liqasında bu gün keçirilməli olan İslandiya – Türkiyə oyunu təxirə salına bilər.
Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb oyunun ev sahibliyini edəcək "Lauqardalsvöllur" stadionunun donma təhlükəsi ilə üz-üzə olmasıdı.
Bu da arenada isitmə sistemi olmadığı üçündü. Belə ki, İslandiyada oyun vaxtı temperatorun mənfi 3 dərəcəyə enməsi gözlənilir.
Oyunla bağlı yekun qərarı UEFA verəcək.
Xatırladaq ki, İslandiya – Türkiyə oyunu saat 22:45-də keçirilməlidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC