Qrapplinqçilərimiz dünya çempionatında 9 medal qazanıb

Azərbaycan qrapplinqçiləri Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında 9 medal qazanıb.

Presssport.az xəbər verir ki, qrapplinq və qrapplinq qi idman növləri üzrə U-15, U-17, U-20, böyüklər və veteranlar arasında keçirilən yarışda Fərhad Bağırov (58 kq) qızıl, Hacımurad Purtiyev (84 kq) gümüş medal əldə edib.

Hər iki idmançı böyüklər arasında mübarizə aparıb.

Veteranlar arasında Səbuhi Məmmədov (62 kq) 2 versiyada gümüş medala sahib çıxıb. Aysu Əliyeva (U-17, 40 kq) qrapplinq üzrə gümüş, qrapplinq qi versiyasında isə bürünc medala yiyələnib.

U-20 yaş qrupunda Elman Əsgərov (71 kq) və Emil Verdiyev (62 kq) gümüş, Hacıəbdül Abdulov (U-15, 29-32 kq) bürünc medala yiyələnib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC