"Azərreyl" əzmkar qələbəylə liderliyini qorudu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. 

Presssport.az xəbər verir ki, bu gün 12-ci tur çərçivəsində üç matç keçirilib.

Gəncədə “Azərreyl”i qəbul edən “Gəncə” çempionatın liderini ilk setdə məğlub etsə də, sonda Bakı təmsilçisi qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Günün digər görüşündə “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” görüşüb. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda “Murov Az Terminal”ın 3:1 hesablı qələbəsi qeydə alınıb.

Turun sonuncu matçı “Abşeron” və UNEC arasında olub. UNEC-in idman zalında baş tutan görüşdə “Abşeron” 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarının sayını 30-ə çatdıran (10 qələbə) “Azərreyl” liderliyini qoruyub. “Murov Az Terminal” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 24 xalla (8 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

6 fevral

Yüksək Liqa (qadınlar)

XII tur

“Gəncə” - “Azərreyl” - 1:3 (25:12, 22:25, 13:25, 17:25)

“Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” - 3:1 (25:16, 26:28, 25:20, 25:15)

“Abşeron” - UNEC - 3:0 (25:6, 25:12, 25:13)


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC