Azərbaycan stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.
Presssport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışda 3-cü yeri tutub.
Onu da bildirək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC