UEFA Millətlər Liqasının IV turunda Serbiya millisini 3:0 hesabı ilə darmadağın edən İspaniya yığması maraqlı göstərici ilə diqqət çəkib.
Presssport.az xəbər verir ki, 104 illik tarixi olan bu millinin əsas heyətində son 96 ildə ilk dəfə "Barselona", Madrid "Real"ı və “Atletiko"sunun futbolçuları olmayıb.
İspaniya ümumilikdə 4 dəfə start "11-lik"də yerli nəhənglərin oyunçularına şans vermədən meydana çıxıb ki, bunun da 3-ü 1928-ci ildə keçirilən Olimpiya Oyunlarına təsadüf edib. Həmin vaxt komandada yalnız bask klublarının futbolçuları yer alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC