Çingiz Hüseynzadə turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyətinin böyük olduğunu sayır: "Bu cür yarışlar Azərbaycanda avarçəkənlərin yetişməsinə təkan verəcək"

“Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdü”.

Presssport.az-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Füzulidə "Mingəçevir reqatası-2024”ün açılış mərasimində deyib.

Turnir barədə danışan qurum rəsmisi 4 il əvvəl bu gün şəhərin işğaldan azad olunduğunu xatırladaraq, əcnəbi qonaqların turniri izləməsinin də xüsusi önəmə malik olduğunu vurğulayıb: “Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurub”.

Hüseynzadə deyib ki, son illərdə ölkəmizdə avarçəkmə idman növü yüksək səviyyədə inkişaf edir: "Daha əvvəl Suqovuşanda "Prezident Kuboku" turniri təşkil edilmişdi. Bu cür yarışlar Azərbaycanda avarçəkənlərin yetişməsinə təkan verəcək".

Xatırladaq ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də Mingəçevirdə yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC