Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah” İsveçrənin “Bazel” klubu ilə görüşdən əvvəl heyətinə 2 əcnəbi futbolçu qatıb.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisi qanalı yarımmüdafiəçi Avudu Başit və nigeryalı hücumçu Stiven Ende ilə anlaşıb.
Hər iki futbolçunun 18 yaşı var. Başit kluba yeni keçibsə, Ende artıq “bayquşlar”ın əvəzedici heyətində oyun keçirib.
Xatırladaq ki, “Sabah”la “Bazel” arasında ilk oyun oktyabrın 23-də İsveçrədə, cavab görüşü isə noyabrın 6-da Azərbaycanda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC