"Neftçi" Misli Premyer Liqasının X turunda doğma meydanda "Səbail"i 3:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə ilk qələbəni şərh edib:
- Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdi. Bütün təbriklər oyunçuların payına düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydi. Görüləcək işlər çoxdu.
- "Neftçi"yə çox çətin dövrdə gəldiniz. Təcili olaraq nəyi düzəltməyi özünüzə borc bildiniz?
- Söz-söhbətləri biz də eşidirdik. Bura gələndə qruplaşmaların olması ilə rastlaşmadım.
- Rza Cəfərovun kapitan təyin olunmasının səbəbi nədir?
- Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidi. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul edərək məni anladı. Onlarla etdiyim söhbəti burda danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdi.
- Qara Qarayevi geri qaytarmaq fikriniz var?
- Qara məndən əvvəl "Neftçi"dən gedib. Bilmirəm praktikada gedib-gəlmək var, ya yox. Artıq klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa qərar olardı, yoxsa yox - bunu deyə bilmərəm. Qara Qarayevə hörmətim və sevgim çoxdu. Onun gənc vaxtlarında bir yerdə futbol da oynamışıq. Qaraya uğurlar arzulayıram. Bir dəstəkçi kimi həmişə onun yanındayam. Qarayevi təzliklə meydanda görmək istəyirəm.
- Roman Qriqorçuk "Neftçi"də olan vaxtda sizinlə klub arasında danışıq olmuşdu?
- Həmin ərəfədə heç bir danışıq olmayıb. İnanmıram ki, klubun rəhbərləri baş məşqçi ola-ola başqası ilə danışıq aparsın. Bura gəlməyimdə bəzi səbəblər oldu. Bunu açıqlamaq istəmirəm. "Neftçi"də ən yüksək hədəflər qoyulur, qoyulacaq da. Hədəflərimiz yüksəkdi. İnanıram ki, buna çatacağıq.
- Oyundan sonra Ağadadaş Salyanski ilə nə danışırdınız?
- Xoşlayıram ki, məsələni yerində həll edim. Çünki sonra yadımdan çıxa bilər. Ağadadaşa məsləhətlərimi verirdim.
- "Sumqayıt"da olanda demişdiz ki, "şəhərimin komandasındayam". Şəhərinizin komandasını pis vəziyyətdə qoyub getdiyinizi düşünmürsüz?
- Nəyə görə elə dediyim həmin günə aid idi. O vaxt "Sumqayıt"da idim, indi "Neftçi"dəyəm. Sumqayıtda böyük sevgi gördüm. Onlara dərin təşəkkürümü bildirirəm. Futbolçulara təşəkkür edirəm ki, uğurlu mövsüm keçirdim. Artıq bu keçmişdədi, indi "Neftçi" haqda danışmalıyıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC