Karteçimiz "Belarus Open 2024" beynəlxalq turnirin qalibi olub
Azərbaycan karateçisi Asiman Qurbanlı "Belarus Open 2024" beynəlxalq turnirinin qalibi olub. Presssport.az Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 84 kq dərəcəsində mübarizə aparan yığma üzvü bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımızın şəxsi məşqçisi Seymur Xudaverdiyevdi.
Belarusun paytaxtı Minskdə təşkil olunan yarış oktyabrın 20-nə qədər davam edəcək.