"İki fərqli hissə izlədik. "Zirə" ilə ilk hissədə pis oynadıqsa, ikinci hissə əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu, səbəbini axtaracağıq".
Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının X turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıvb.
- Komandanın müdafiə planında zəiflədiyini düşünürsüz?
- Yalnız müdafiəni götürmək olmaz. Müdafiə bütün komanda deməkdir. Burda da problemlər var idi.
- Birdən-birə 4 əvəzetməni niyə etdiniz?
- Bir az yeniləmək istədik. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq "Zirə" ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər.
- "Sumqayıt” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?
- "Sumqayıt" haqda danışmayacam.
- Avqustda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlmişdinizsə, bu dəfə 4 qolluq qələbə qeydə alındı. "Turan Tovuz"un böyüdüyünü hiss edirsiz?
- İki oyunu müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədi. Tovuzda da, burda da ikinci hissənin əvvəlini uduzmuşduq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC