Boksçularımız Manamaua yollanır - Gimnaziadada mübarizə aparacaqlar

Azərbaycan boksçuları oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada start götürəcək Gimnaziada İdman Oyunlarında mübarizə aparacaq.

Boks Federasiyasından Presssport.-az verilən məlumata görə, multi-idman yarışı 7 gün davam edəcək.

Məktəblilər arasında təşkil olunacaq Gimnaziadada ölkəmizi yeniyetmələrdən ibarət komandanın üzvləri - Əli Əliyev (46 kq), Şahin Mustafatev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Tamerlan Əlimzanov (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Səfdər Məmmədzadə (+80 kq), Gülər Hüseynova (46 kq), Banuçicək Nəsirli (48 kq), Aylin Nəzərova (50 kq), Aysun Mikayılova (52 kq), Tağı Əminə (54 kq), Mələk Hümbətova (57 kq) və Dəniz Babayeva (63 kq) təmsil edəcək.

Bəhreyndə hakimlərimizdən Asif Məmmədovla Fərhad Rəhmanov ədaləti qoruyacaq..

Gimnaziadada boks yarışı oktyabrın 25-dən 30-dək keçiriləcək. Komanda Bəhreynə oktyabrın 23-də yola düşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC