“Ayaks”ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının Liqa mərhələsinin III turunda “Qarabağ”la Bakıda keçirəcəkləri oyun ərəfəsində hücumçusu Stiven Berquisin durumundan danışıb.
Presssport.az xəbər verir ki, gənc mütəxəssis Amsterdam klubunun aparıcı futbolçusunu səfərə aparmayacaqlarını açıqlayıb: “O, bizimlə Bakıya getməyəcək. Ümid edirəm ki, Berquis yaxşı həftə keçirəcək. Sağalması və son addımları atmaq üçün Niderlandda qalacaq”.
Xatırladaq ki, “Qarabağ” - "Ayaks" matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC