Boksçularımız Budvada dünya çempionatında iştirak edəcək

Azərbaycanın gənc boksçuları oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcək.

Presssport.az xəbər verir ki, yığmamız mundialda 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) şans verəcək.

Dünya birinciliyində beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Onu da bildirək ki, yarışda 84 ölkədən 800-dək boksçu mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC