Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal turnirinin qalibi bəlli olub

Dövlət qurumlarının əməkdaşları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal turnirinin qalibi bəlli olub.

Presssport.az xəbər verir ki, final matçında Maliyyə və Kənd Təsərrüfatları nazirliklərinin əməkdaşlarından ibarət kollektivlər üz-üzə gəlib.

Gərgin keçən matçda maliyyəçilər 7:4 hesabı ilə üstün olub.

Üçüncü yer uğrunda görüşdə isə Ədliyyə və Daxili İşlər nazirliklərinin komandaları qarşılaşıb. Görüş polislərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, sentyabrda start götürən turnirin təşkilatçıları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası olub. Turnirdə 17 qurumun komandası iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC