“Sabah”ın məşqçisi Saşa Sablyak 1-i şərti olmaqla 2 oyunluq cəzalanıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Xorvatiyalı məşqçi Misli Premyer Liqasının X turunda “Zirə” - “Sabah” görüşünün 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə cəzalanıb. Onun şərti cəzası üçün 3 ay sınaq müddəti təyin edilib. Sablyakın bu hərəkətinə görə klubu 1000 manat cərimələnib.
İntizam Komitəsi “Neftçi”ni də cərimələyib. Belə ki, X turun “Səbail” ev oyununun 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib. “Neftçi” həmçinin matçın fasiləsində meydana kənar şəxs daxil olduğuna görə 800 manat cərimə olunub.
X turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsində qonaqlar meydana gec çıxdığına görə oyun gec başladığı üçün 1500 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC