Gimnaziadada iştirak edəcək taekvondoçularımız bəlli olub

Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziadada iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.

Presssport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz yarışda 14 idmançı ilə təmsil olunacaq.

Millinin heyətində oğlanlar arasında Mehdi Budaqlı (45 kq), Kənan Əliyev (48 kq), Bahadur Dostuyev (51 kq), Ülvi Abdullayev (55 kq), Aydın Süleymanov (59 kq), Əbdülsübhan Dadaşlı (63 kq), Bilal Enis Turan (68 kq), Elcan Əliyev (78 kq), Allahverdi Məmmədov (+78 kq) qalib adı uğrunda yarışacaq.

Qızların mübarizəsində isə Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufer Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq) və Sehri Cəlalova (55 kq) fəxri kürsüdə yer almağa çalışacaq.

Beynəlxalq dərəcəli referi Gündüz Abdullayev ölkəmizi hakim kimi təmsil edəcək.

Onu da bildirək ki, taekvondo üzrə yarışlar 27, 28 və 30 oktyabr tarixlərində keçiriləcək. 71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan 16 idman növündə 18 yaşadək 160 idmançı ilə təmsil olunacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC