"Sabah"ın baş məşqçisindən 0:6 şərhi: “Gənc oyunçular üçün təcrübədi"

"Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında səfərdə "Bazel"ə 0:6 hesabı ilə məğlub olduqları görüşlə bağlı bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb.

Pressssport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ağır məğlubiyyətin səbəbləri haqda danışıb:  “UEFA Gənclər Liqasında mübarizəyə birbaşa 2-ci mərhələdən başladıq. İlk sınağımızda Avropanın ən yaxşı akademiyalarından birinə malik olan “Bazel”lə qarşılaşdıq. Bu komanda ötən mövsümdə Zaqreb “Dinamo”sunu məğlub etmişdi. Həmin oyunda hazırda heyətdə olan bir çox futbolçu şans qazanmışdı. Rəqibin bu cür qarşılaşmalar üçün çox böyük təcrübəsi var idi. Oyunu fərqli atmosferdə, “Bazel”in əsas stadionunda, 2600 tamaşaçının önündə keçirdik".

 Mustedanaqiçin fikrincə, belə matçlarda yaxşı nəticə qazanmaq üçün mümkün olduğu qədər fərdi səhvlərə az yol verməlisən: "Təəssüf ki, oyunun artıq 6-cı dəqiqəsində bu cür səhvlərdən birini etdik. Bu da qarşılaşmanın sonrakı gedişatına təsir etdi. Azərbaycan və Avropa futbolu arasında əsas fərq də məhz səhvlərin rəqiblər tərəfindən dəyərləndirilməsi faizi ilə bağlıdır. Belə matçlarda rəqib sənin hər səhvini dəyərləndirirsə, Azərbaycanda bu nisbət daha aşağı olur. Gənc oyunçular üçün bu cür qarşılaşmalar bir təcrübədir. “Bazel” kimi rəqiblərlə matçlara köklənmək üçün bu keyfiyyətdə ən azı 5 oyun keçirməlisən. Bu, gənclərin belə mötəbər turnirlərdə ilk təcrübəsi idi. Fikrimcə, səhvlərdən nəticə çıxarmalı və gənclərə dəstək olmalıyıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC