Adı Azərbaycan klubuyla hallanırdı, sabiq komandasına qayıtdı

“Keşlə”nin (indiki "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri müəyyənləşib.

Presssport.az xəbər verir ki, ukraynalı mütəxəssis öz ölkəsində “Vorskla”nın baş məşqçisi təyin edilib. 

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 

Maksimovla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb. Onun adı son vaxtlar "Sumqayıt"la da hallanırdı.

Maksimov 2017/18 mövsümünün 2-ci yarısında “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. Son olaraq ölkəsində "Dnepr-1"i işləyən 57 yaşlı mütəxəssis 2019-22-ci illərdə də "Vorskla"nın baş məşqçisi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC