"İnanıram ki, bu, karyeramda mənim üçün bir addımdı" - Azərbaycan Basketbol Liqasının amerikalı legioneri
“Quba”nın amerikalı basketbolçusu Simeon Körkland klubun mətbuat xidmətinə müsahibə verib.
Presssport.az xəbər verir ki, ABL-in ilk turunun “Şəki” ilə görüşündə 21 xal 10 ribaundla oynayan basketbolçu II turdakı “Gəncə” ilə oyundan gözləntilərini də açıqlayıb.
- - “Quba” ilk görüşdə “Şəki”yə uduzdu. İlk görüşü necə qiymətləndirirsiniz? Sizcə komanda niyə məğlub oldu?
-Düşünürəm ki, biz bu oyunda yaxşı oynadıq. Əlbəttə ki, növbəti oyunumuzda daha yaxşı olmaq üçün üzərimizdə işləməli, dəyişməli olduğumuz bəzi şeylər var. - - Bu görüşdə “Quba”dan ən çox xal toplayan basketbolçu oldunuz. Performansınızdan razı qaldınız?
-Oyundan sonra razı deyildim. Çünki biz uduzmuşduq. Yaxşı oyun keçirmək və qalib gəlmək istəyirəm. Ən çox xal topladım, amma uduzduq. - - Azərbaycan çempionatının səviyyəsi və ab-havası necədir? Liqanı bəyənirsiniz?
- Mən Azərbaycan Basketbol Liqasını və onun azarkeşlərini sevirəm. Oyun çox yüksək səviyyədə idi. - - Komandanızın növbəti oyunu “Gəncə”yə qarşı olacaq. Bu oyunda qalib gəlmək mümkündür?
- Bəli, əlbəttə ki, mümkündür. İnanıram ki, biz “Gəncə”yə qalib gələcəyik. - - Azərbaycanda çoxlu amerikalı basketbolçu var. Onlardan hansı ilə münasibətiniz var?
- Mən bu liqada ABŞ-nin müxtəlif ştatlarından bir çox oyunçuya qarşı oynamışam. Lakin onların çoxunu şəxsən tanımıram. Sadəcə şadam ki, liqada ABŞ-dən oyunçular çıxış edir. - - Azərbaycan Basketbol Liqasına tramplin kimi baxırsınız? Siz ABL-nin ulduzu ola bilərsinizmi?
- İnanıram ki, bu, karyeramda mənim üçün bir addımdı. Mən sadəcə komanda üçün ən yaxşısı olmaq və qalib gəlmək istəyirəm. ABL-nin ulduzu olmaq bununla reallaşacaqsa, yaxşıdır. Amma bu mənim əsas məqsədim deyil.