Medina belə məğlubiyyətə layiq olmadıqlarını hesab edir: "Hərdən hakimlər elə qərarlar verir ki, deməyə söz tapmırsan"

"Qarabağ"ın futbolçusu Kevin Medina Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a uduzduqları oyunu (0:3) şərh edib.

Presssport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi görüşdən sonra "CBC Sport"a açıqlamasında komandasının 2 qırmızı vərəqə ilə cəzalandırılmağını düzgün hesab etmədiyini söyləyib:

“Belə məğlubiyyətə layiq deyildik. Çünki həftəboyu matça yaxşı hazırlaşmışdıq. Bəzən elə olur ki, təkcə 11 nəfərə qarşı mübarizə aparmırsan. Hərdən hakimlər elə qərarlar verir ki, deməyə söz tapmırsan. Amma istənilən hada, səhvlərimizə baxmalıyıq. Düşünürəm ki, komanda olaraq əlimizdən gələni etdik”.

Medianın fikrincə, komplekt heyətə malikdirlər: "Meydana kimin çıxmağından asılı olmayaraq, hamı oynamağa layiqdi. Mən də vaxtilə bəzi oyunlarda qırmızı vərəqə almışam. Amma təbii ki, belə azlıqda qalmaq istər-istəməz həm oyuna, həm də nəticəyə təsir etdi". 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC