Bir müddət öncə mediada AFFA-nın "Kəpəz" 700 min manat məbləğində maliyyə yardımı etməsi ilə bağlı xəbərlər yer almışdı.
Presssport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Misli Premyer Liqasının 11-ci turunun "Turan Tovuz" - "Kəpəz" matçından (2:1) sonra məsələ ilə bağlı jurmalistlərə açıqlama verərək bu iddianı təkzib edib: "700 min manat haqda oxumuşdum. Tam rəsmi şəkildə deyə bilərik ki, bu məsələ həqiqəti əks etdirmir. Hansısa kluba belə şey etsək, artıq digərlərinə qarşı haqsız yanaşmış olacağıq. Birmənalı şəkildə deyə bilərəm ki, belə bir hal olmayıb".
Xatırladaq ki, “Kəpəz” Premyer Liqa təmsilçiləri arasında sponsoru olmayan tək klubdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC