"Qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq" - dünya çempionumuz

“İnanıram ki, qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq”.

Presssport.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan idmançı qələbəyə görə çox sevincli olduğunu söyləyib: "Məni dəstəkləyən və qələbə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb, yeni tarixlər yazmağa çalışacağam. Məqsədim hər zaman Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdı. Daha böyük yarışlarım və uğurlarım irəlidədi. İnşallah, qazandığım dünya çempionluğu digər qadın güləşçilərimizin də yolunu açacaq"

Xatırladaq ki, 57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC