"Səbail" Misli Premyer Liqasının 11-ci turunda doğma meydanda "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşlə bağl fikirlərin bölüşüb.
- Oyun haqda danışmaq çox çətindi. Bir komanda oynadı, bir komanda qələbə qazandı. Qol vəziyyətlərindən, penaltidən yararlana bilmədik. Bu, artıq sözün bitdiyi yerdi. Komandanın göstərdiyi futbol haqda bir söz deyə bilmərəm. Futbol ədalətli oyundu. Düşünürəm ki, öz qiymətini verəcək. Bəlkə də kimlərlə autsayder olduğumuzu düşünür. Amma burdan çıxmaq üçün həm futbolçuların potensialı, həm də komandanın gücü var. Bir oyun bəs edəcək ki, bu vəziyyətdən çıxaq. Bu gün də məğlub olmağa layiq deyildik. Ən pis halda oyunun ədalətli nəticəsi heç-heçə idi.
- Növbəti rəqibiniz "Kəpəz"dir. Həmin matç sizin üçün dönüş nöqtəsi olacaq?
- Əslində, bu oyun da bizim üçün dönüş nöqtəsi idi. Bugünkü imtahandan üzüağ çıxa bilmədik. Amma futbolçuların üstünə gedə bilmirəm. Daha bir ağır həftə keçirməliyik. "Kəpəz" 1-ci dövrə ilə müqayisədə həm heyət, həm də oyun baxımından güclənib. Güclənməyən yeganə komanda bizik. Kiçik heyətə malikik. Hər itki bizim üçün faciəyə bərabərdi.
- "Sumqayıt"la bağlı hansısa sindrom var, yoxsa onlarla oyunlarınız alınmır?
- Bəxtsizlikdir. Sanki bizi "qara basıb". "Sumqayıt"la oyunlarda heç cür bəxtimiz gətirmir. Böyük bir sindrom var.
- Ötən mövsümlə müqayisədə heyətlə bağlı problem görürsünüz?
- Bütün sahələr maliyyə ilə bağlıdır. 11-ci tura qədər maliyyədən şikayətlənmişəm? Olmayacaq da. Çox istərdim ki, ötənilki komanda qalsın. Həmin heyətə 3-4 transfer etməklə rahat şəkildə avrokuboklar üçün mübarizə aparardıq. Ancaq nikbinəm. Bu vəziyyətdən çıxacağıq, daha yaxşı günlərimiz qabaqdadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC