"Oyunçularımı təbrik edirəm. Onlar bu gün mükəmməl çıxış etdi. Son saniyəyə qədər keyfiyyətli, inadkar oyun göstərdik. Amma əfsuslar olsun ki, çox qol epizodundan yararlanmayanda, qalib gələ bilmirsən. Futbolda ən yaxşı qol fürsəti penaltidi. Onu da qaçırdıqdan sonra qələbə gözləmək bir az çətin olur. Bu gün qalibiyyətə daha yaxın idik. Əfsuslar olsun ki, 2 xal itirdik. İlk saniyədən sona qədər yaxşı idik. Xüsusən də ikinci hissədə. İki xal itirdik, amma ağlamaq üçün vaxtımız yoxdu. Sabahdan etibarən qarşıdan gələn rəqib haqda fikirləşəcəyik".
Presssport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 11-ci turunun “Neftçi” ilə oyunundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis ardından jurnalistlərin suallarını cavablandırıb.
- Məgər "Sabah" yalnız "Neftçi" ilə oynamalıdır ki, qol buraxmasın? Onlarla görüşlərdə qol buraxmırsınız....
- Federasiyadan istəyəcəyik ki, qarşıdakı turda da rəqibimiz "Neftçi" olsun (gülür). Amma əmin deyiləm ki, bu, mümkündü.
- Dörd oyundur ki, qələbə üzünə həsrətsiniz. Özünüz üçün ağlamağa vaxtınız olmasa da, qələbəsizlik seriyası ilə azarkeşlərinizi ağladırsınız. Seriyanın qırılmasına zaman lazımdı?
- Əlbəttə ki, bunlar futbolun bir parçasıdı. Bu cür hallar davam edir. Son 4 oyunda daha çox xallara layiq idik. "Qarabağ"la oyundan başlayaraq belədi. Azarkeşlərə nə deyə bilərəm, heç kim qaranti vermir ki, hər oyunda qalib gələcəyik. Amma onlar komandamızın bir parçasıdı. Bizi dəstəkləməyə davam etsinlər. Ümid edirəm ki, qarşıda qalib gəlib birlikdə qeyd edəcəyik.
- Üç xalı əvəz edən məqam yaxşı oyun olsaydı, yəqin ki, turnir cədvəlində daha yuxarı sıralarda olardınız?
- Bayaq həmkarınızla sadəcə, zarafat etmək istəyirdim, təhqir yox. Əlbəttə ki, hər zaman yaxşı oynamaq lazımdı. Pis oynasan, xalları əldə edə bilməyəcəksən. Bu gün yaxşı hallardan biri də qapımızda qol görməmək idi.
- Avrokuboklar uğrunda mübarizə aparan heç bir komandaya qalib gələ bilməmisiz. Avrokuboklar şansının təhlükədə olduğunu düşünürsüz?
- Hələ yanvara qədər çox var. İndidən anvarı yox, yalnız sabahı fikirləşirəm. Yanvar çox qabaqdadı. İndiyə qədər qazandığımız xallardan razı deyiləm, daha çoxuna layiqik. Amma oyunçularıma dedim ki, onlardan razıyam. Bu gün bəxtimiz gətirmədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC