Kurtinaytis "Neftçi" üzərində qələbə haqda: "Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım"

"Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının II turunun “Neftçi” İK ilə oyundan sonra klubun mətbuat xidmətinə danışıb.

Presssport.az xəbər verir ki, litvalı mütəxəssis ölkə çempionunun 93:75 hesablı qələbəsini şərh edib:

“Hər oyundan nəticə çıxarmaq lazımdı. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım. Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidi. Bunun üzərində işləməyə davam edəcəyik”.

Təcrübəli mütəxəssis 2 gündən sonra avrokuboklarda qarşılaşacaqları “Spiru” ilə oyun barədə də fikirlərini açıqlayıb: “Belçika klubu yaxşı mübariz əzmi olan komandadı. Bacarıqlı gənc oyunçuları var. Daxili çempionatlarında da işləri yaxşı gedir. Yerli oyunçularının səviyyəsi yaxşıdı. "Marussi”dən ustalıq səviyyəsində geri qalsalar da, xarakter nümayiş etdirib qələbə qazandılar. Lakin biz də azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik ki, qalib gələk".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC