"Qarabağ"ın matçlarının vaxtı dəyişdirildi

Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edən “Qarabağ”ın U-15 komandasının sabahkı oyunlarının vaxtı dəyişdirilib. 

Bu haqda Presssport.az-a komandanın baş məşqçisi Vüqar Əsgərli məlumat verib. 

Gənc mütəxəssisin sözlərinə görə, təşkilatçılar bir gündə baş tutan 2 matçın başlanma saatlarının dəyişdirilməsinin mümkünlüyü ilə bağlı onları əvvəldən xəbərdar ediblərmiş: “Əvvəl planı göndərmişdilər, sonra dedilər ki, dəyişə bilər. Burda manej bir dənədi, onun vaxtına görə dəyişiklik olub. Bu haqda da əvvəldən bizə məlumat verdilər. Öncəki planda oyunlar günortadan sonra idi - biri saat 4-ə işləmiş, digəri 6-ya qalmış. Onda da arada fasilə az idi. İndisə belə oldu ki, sabahyerli vaxtla saat 10:35-də ”Olimpik"lə, 13:40-da BATE ilə oynayacağıq. Minsklə Bakı arasında saat fərqi 1 saatdı. Yəni, matçlar bizim vaxtla göstərdiklərimdən 1 saat sonra olacaq. Demək olar bütün komandalar üçün eyni vəziyyətdi, 1 gündə 2 matç oynayırıq. Matçlarda hər hissə 20 dəqiqədən ibarətdi, arasında da 2-3 dəqiqəlik fasilə olur".

Xatırladaq ki, “Qarabağ” U-15-i turnirdə ilk matçda bu gün Rusiya “Zvezda”sını 2:0 hesabıyla məğlub edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC