“Neftçi”nin 3 futbolçusu zədə üzündən kənarda qalıb.
Klubun mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Rəhman Hacıyev, Filip Ozobiç və Andre Şinyaşiki Misli Premyer Liqasının son turunda “Sabah”la səfər matçında adları protokolda belə yox idi.
Bu 3 yarımmüdafiəçidən Rəhman artıq fərdi məşqlərə başlayıb və növbəti turda “Araz-Naxçıvan”la ev oyununa sifariş olunacağı gözlənilir. Ozobiçlə Şinyaşiki isə hələ ki müalicə alaraq hazırlıq prosesindən kənardadı və qarşıdakı oyunda da yaşıl meydandan kənarda qalacaq.
Xatırladaq ki, “Neftçi” - “Araz-Naxçıvan” matçı noyabrın 1-də "Neftçi Arena"da saat 20:30-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC